İSTİFADƏ OLUNMAYAN CİHAZ ŞƏBƏKƏYƏ QOŞULU QALSA ELEKTRİK ENERJİSİNİ SƏRF EDƏRMİ?
Yəqin
ki, bir çoxumuza maraqlıdır ki, istifadə olunmayan cihaz şəbəkəyə qoşulu qalsa elektrik enerjisini sərf edərmi?
Enerji
istehlakının artdığı bir zamanda evimizdə onlarla elektrik cihazı istifadə
edirik. Televizordan kompüterə, paltaryuyan maşından tutmuş cib telefonuna qədər
çox sayda elektrik cihazı istifadə olunsa da, olunmasa da həmişə şəbəkəyə
qoşulu qalır. Bəs belə bir sual yaranır, istifadə edilmədiyi zaman şəbəkəyə
qoşulu qalan elektrik cihazları elektrik fakturalarına necə təsir edir?
Bildiyiniz
kimi, evimizə gələn gərginliyin effektiv dəyəri 220 V-dur. Evimizdə istifadə
etdiyimiz bir çox elektrik cihazı birbaşa 220 V istifadə etmir, həmin cihazlar
girişlərində olan transformatorun köməyi ilə bu gərginliyi azaltmaqla istifadə
edirlər. Bu transformatorlar cib telefonlarının adapterlərində, televizorların
içərisində, kompüterin prosessorlarında və s. olur. Əsas vəzifəsi 220 V olan
effektiv gərginliyi 24 V, 12 V, 5 V kimi aşağı gərginlikli voltajlara endirmək
olan bu cihazlara adapterlər, qida bloku və s. kimi fərqli adlar verilsə də, bu
qurğular demək olar ki, hamısı bir-birinə bənzəyir.
Baxmadığımız
televizor, şarj etmədiyimiz telefon adapteri, istifadə etmədiyimiz kompüter şəbəkəyə
qoşulubsa, yenə də enerji istifadə edilirmi? Evimizdə elektrik enerjisi ilə işləyən bir çox
cihazı şəbəkəyə qoşulu halda saxlayırıq. Ancaq bilməliyik ki, içində transformatoru olan hər cihaz istifadə
olunmasa da, əgər şəbəkəyə qoşuludursa, az da olsa enerji istifadə edir.
Bəs
bu qurğular istifadə edilmədikdə nə qədər enerji istehlak edir?
İstifadə
edilmədikdə, şəbəkəyə qoşulmuş kiçik bir transformator 1-5 Vt aralığında güc sərf
edir. Fərdi düşündüyümüz zaman bu gücün miqdarı çox da olmaya bilər. Ancaq ümumilikdə
hesablasaq çox böyük rəqəmlər ala bilərik.
Məsələn;
Tutaq ki, evimizdə istifadə edilmədiyi halda şəbəyə taxılmış ən azı 4 elektrik
cihazı var və bu qurğular orta hesabla 3 Vt güc sərf edir. Bu ümumi enerji sərfi 4 × 3 = 12 Vt deməkdir. Əgər bu cihazların gündəlik 16 saat müddətində, ehtiyac
olmadığı təqdirdə şəbəkəyə qoşulu olduğunu hesablasaq 12 × 16 = 192 Vt-lıq gündəlik
enerji sərf edilər. Gündəlik 192 Vt enerji aylıq 30 × 192 = 5,8 kVt/saat, illik
5,8 × 12 = 69,1 kVt/saat enerji istehlakı deməkdir. Bu zaman belə nəticəyə gələrik
ki, hər il bir evdən 69,1 kVt/saat enerji boşa sərf edilir. Eyni hadisənin 100 000
evdə baş verdiyini düşünsək, bir ildə 6 912 000 kVt/saat enerji itirildiyini
görərik. Bu isə kifayət qədər böyük rəqəmdir.