“Qazdan istifadə Qaydaları” 80 saylı qərar
Bu dəfəki yazım gündəlik məişətdə və sənayedə istifadə etdiyimiz qaz haqqındadır. Təbii qazdan istifadə edirik, lakin çoxumuzun hansı vəzifə və hüquqlara sahib olduğumuzdan hələ də xəbəri yoxdur. Bu da bəzən istehlakçı ilə qaz paylayıcı arasında bəzi anlaşılmazlıqlara səbəb olur. Bu mövzunu yazmağımda başqa bir səbəb isə bəzən işə qəbul üçün imtahanlarda “Qazdan istifadə Qaydaları” 80 saylı qərardan sualların olmasıdır. Bu vəsilə ilə həm abonent, həm qazpaylayıcı, həm tələbə, həm də işə qəbul üçün müraciət edən şəxsə azca da olsa köməyim dəymiş olar. Qərarı bütövlükdə paylaşa bilmədiyim üçün həm pdf, həm də word fomatında sizlər üçün hazırladım. Xoş oxumalar.
“Qazdan
istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektroenergetika
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında”
Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr
tarixli 168 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Qazdan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 12 may 2011-ci il
№ 80
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2011-ci il
12 may tarixli 80 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
*Mənbə1: http://www.e-qanun.az/framework/21691
|