ITRON (Gallus Pay G4-T) smart tipli yeni nəsil qaz sayğacları
Bu dəfəki
yazım yeni çox funksiyalı ITRON (Gallus Pay G4-T) smart tipli qaz sayğacları haqqındadır. Sayğacın
funksiyaları, kartı sayğaca tanıtmaq, balansı artırmaq və ehtiyat kreditin
alınması haqqında bildiklərimi sizlərlə paylaşmaq istəyirəm. Yeni nəsil smart sayğacın digər smart sayğacdan bir çox fərqi var. Ən əsas fərqləri yeni nəsil smart sayğaclar
» NFC (Near Field Communication) çipi ilə təchiz edilmişdir.
» Gələcəkdə smart telefon vasitəsi ilə balansı artırmaq mümkün olacaq.
Kartı sayğaca tanıtmaq üçün nə etməliyik?
» İlk növbədə aidiyyatı qurumdan
SMART sayğacın kartını alırsınız.
» Sayğaca yaxınlaşıb sarı düyməni sıxırıq. Ekranda X8 menyusu görünür.
» Sayğaca yaxınlaşıb sarı düyməni sıxırıq. Ekranda X8 menyusu görünür.
» Sonra göy düyməni sıxıb saxlayırsız, X8 yazısı bir neçə dəfə yanıb sönür. Sonra ekran yanıb sönür və
ekranın sağ aşağı küncündə NFC işarəsi
yanıb sönür. Bu zaman barmağınızı göy düymədən çəkirsiniz.
» Kartı sayğacın sol küncünə, dairəvi olan hissəyə
yaxınlaşdırırsınız. Ekranın işığı tez-tez yanıb sönür, bu sayğacın kartı
tanıdığını bildirir və klapan bağlanır. Yekunda ekrana “Credit cleared:” yazısı və
səs gəlir, artıq sayğac kartı tanıyır.
Sayğacda balansı necə artırmaq olar?
» Əvvəlcə terminalda kartın
balansına müəyyən məbləğ daxil edilir.
» Sayğaca yaxınlaşırıq və sayğac üzərindəki narıncı düyməni sıxırıq. X8 menyusu ekrana gəlir.
» Sonra göy düyməni sıxıb saxlayırıq,
X8 yazısı yanıb sönür. Daha
sonra ekran yanıb sönür, bu zaman barmağımızı düymədən çəkirik. Ekranın sağ alt
küncündə yükləməni bildirən kiçik işarə
gəlir.
» Bu zaman kartı sayğacın sol hissəsindəki dairəvi hissəyə tərəf yaxınlaşdırırıq.
Bu zaman ekran tez-tez yanıb sönür, bu ödənişin sayğaca uğurla yükləndiyini
bildirir. Ekranda “New credit added:”
yazısı və yüklədiyiniz məbləğ görünür.
Ehtiyat krediti almaq üçün nə etmək lazımdır?
Qeyd: Ehtiyat
krediti alan zaman evdə bütün cihazlar bağlı olmalıdır. Sayğacın kipliyini, qaz
itikisini yoxlamaq üçün giriş ventili
mütləq açıq olmalıdır.
» Narıncı və ya göy düymələr vasitəsi ilə X4 menyusuna gəlirik.
» Göy düyməni sıxıb saxlayırıq, X4 yazısı bir neçə dəfə yanıb sönür.
Ekranda alt hissədə “bağlı klapan”
işarəsinin sağına dairə və əl işarəsi
gəlir və əlimizi düymədən çəkirik. “Emergency Credit> +10.00”
yazısı ekranda görünür. Bu o deməkdir ki, artıq ehtiyat kredit alındı.
» Sonra bağlı klapanı açmaq üçün X9
menyusuna gəlirik.
» Göy düyməni sıxıb saxlayırıq. X9 yazısı yanıb sönür. Daha sonra ekranda “Supply Reconnect > 190s.” yazısı görünür, əlimizi düymədən çəkirik.
Saniyə sıfıra qədər düşməlidir. Yuxarıda
qeyd edildiyi kimi bu zaman evdə olan bütün cihazlar bağlanılmalıdır. Əgər xəttinizdə
və ya cihazın yivli birləşmələrində sızma varsa, əməliyyat uğursuz olacaq. Bir neçə saniyədən sonra
ekran görünmədiyi halda təkrar göy
düyməni sıxın, düymə vasitəsi ilə təkrar X9
menyusuna gəlin. Bu zaman yenidən azalan saniyələri görəcəksiniz. Saniyə
sıfıra düşdükdə “Bağlı klapan” işarəsi
“Açıq klapan” işarəsi ilə əvəz ediləcək.
Və artıq siz götürdüyünüz kreditdən istifadə edə bilərsiniz.
Menyular:
- X0 – Qalan kredit (Balans)
- X1 – Toplam kredit (Sayğaca yüklənmiş toplam məbləğ)
- X2 – Elektron göstərici
- X3 – Elementin faizi
- X4 – Ehtiyat kreditin verilməsi
- X5 – Saat
- X6 – Tarix
- X7 – Şifrə ilə balansı artırmaq ( Gələcək üçün nəzərdə tutulub)
- X8 – NFC-nin işə salınması (Balansı artırmaq)
- X9 – Klapanın açılması