Mərkəzdənqaçma nasosları

 
Mərkəzdənqaçma nasosları, dinamik aksial simmetrik(oxa nəzərən simmetriyalı) işləyən əmici turbomaşınların alt sinfidir. Mərkəzdənqaçma nasosları, fırlanma kinetik enerjisinin maye axınının hidrodinamik enerjisinə çevrilməsi ilə mayelərin daşınması üçün istifadə olunur. Fırlanma enerjisi adətən mühərrik və ya elektrik mühərrikindən gəlir. Maye, dönən ox boyunca və ya yaxınlığında nasos çarxına girir və çarx tərəfindən sürətləndirilir və radial olaraq xaricə doğru diffuzor və ya spiral bölmə (gövdə) içinə axır və çıxış yerindən çölə doğru irəliləyir. Mərkəzdən qaçma nasosları  su, kanalizasiya, neft və neft-kimya kimi sahələrdə istifadə edlir.
  Mərkəzdənqaçma nasoslarının iş prinsipi çox maraqlıdır. Gövdə içərisində yerləşən qanadlı pərdən (çarxdan) ibarət olan bu nasoslarda, maye bir girişdən çarxın ortasına çatdırılır. Təzyiq mayenin çarxla fırladılması ilə əldə edilir. Bir mərkəzdanqaçma nasosda meyenin təqib etdiyi yol bu şəkildədir. Çarxın soran tərəfindən meydana gələn vakum səbəbi ilə maye çarxın qanadları arasına girir. Çarx qanadları arasından keçən maye , çarxın fırlanma hərəkəti ilə böyük teğetsel( tangensial, səthi) bir sürət qazanır. Çarx qanadları ilə çarxın ön  və arxa profili tərəfindən sərhədlənən kanallar arasında maye çarxın çıxış tərəfinə doğru  fırlanma hərəkəti əsasında meydana gələn mərkəzdənqaçma qüvvətlər təsiri ilə itələnir. Bu şəkildə yaranan hərəkət, mayenin davamlı axışını və nasosun sorma ətrafındakı sormasını təmin edir. Çarx qanadları böyük bir teğetsel(tangensial, səthi) sürətlə tərk edən mayenin ehtiva etdiyi kinetik enerji, sabit diffuzor qanadları arasında ilbiz boşluğunda təzyiq enerjisinə  çevrilir. Bəlli bir fırlanma sürəti ilə ən yüksək təzyiqi əldə edilir. Bütün mayelərdə istifadə edilməyə əlverişlidir. Plastikdən, bronzdan, titan və tantal kimi maddələrə qədər hər cür maddədən hazırlana bilər.
  Mərkəzdənqaçma nasoslarının hissələri:
Çarx – Mexanik enrjini hidvarlik enerjiyə çevirən və üzərində çox sayda qıvrıq qanadları olan bir hissədir.
İlbiz – Çarxdan çıxan mayeni toplayıb basma borusuna verən hissədir.
Diffuzor – Bəzi nasoslarda çarx ilə ilbiz arasına yerləşdirlilən və çarxdan çıxan mayenin sürətini azaldaraq yüksək kinetik enerjinin bir qismini təzyiq enerjisi halına döndərən həlqə şəklindəki hissə
Salmastra ( dodldurma, biri hərəkətli, digəri sabit olan iki maşın hissəsi arasında sızdırmazlıq təmin edən parçalar)  qutusu – Mil ilə gövdə arasında yaranacaq sızmaları əngəlləmək üçün nizamdır.
Mil – təhrik hissəsi ilə çarxın arasını bağlayan və çarxı daşıyan hissədir.
Gövdə - Nasosun ilbiz və digər hissələri daşıyan qisimdir.
Sorma borusu – Sorma yuvası ilə nasos girişi arasındaki borudur.
Diş klapesi və süzgəc – Sorma borusunun girişindəki tək tərəfli axış təmin edən yəni nasos durarkən nasos içindəki və sorma borusundakı suyun geri boşaldılmasına mane olan bir klape mövcuddur. Ümumi olaraq bu klape bir süzgəz içərisinə qoyulmuşdur. 
Klape, bir nasos, körük, motorda bir mayenin keçməsini təmin etmək ya da maneə törətmək üzrə açılıb bağlanan klapan.
Aşınma həlqəsi və Hidravlik araqat – Fırlanan çarx ilə nasos gövdəsi arasında yerləşən və çarxın basma hissəsindən  sorma hissəsinə bu keçit yolu ilə sızan mayeni əngəlləmək üçün hissə.

A. Doldurma qutusu   B.Kipləşdirici    C. Mil    D. Mil yuvası    E. Çarx qanadı
F. Gövdə    G. Çarxın gözü    H. Çarx    I. Gövdə aşınma həlqəsi    J. Çarx    K. Boşaltma ağzı




QEYD: Tərcümə edilmişdir.




Blogger tarafından desteklenmektedir.