Kompressor nədir?
Kompressor nədir?
Kompressor
– Atmosferdən aldığı havanı sıxışdıraraq təzyiqi artıran maşınlardır.
Kompressor–
Havanı və digər qazları atmosfer təzyiqindən daha yüksək təzyiqlərə sıxmaq üçün
istifadə edilən maşındır(cihazdır). Qazların sıxılması üçün tətbiq edilir,
sıxma zamanı p1 təzyiqə və V1 həcmə malik qaz kiçilərək V2 həcmini alır. Bu
zaman qazın təzyiqi p2 artır və qaz qızır.
Qaz
kompressoru – qazların həcmini azaldaraq təzyiqi artırmaya yarayan cihazdır.
Hava
kompressoru – hava təzyiqini təmin edən bir cihazdır.
Kompressorlar, təzyiqli havanın lazım olduğu mühitlərdə
hava dəstəyi təmin etmək məqsədi ilə və pnevmatik işləmə sistemində istifadə
edilir. Havanı sıxışdıraraq təzyiqli olaraq istifadə etməyimizə, bəlli bir nisbətdə
qismi vakum əldə etmək və ya atmosfer təzyiqinin altına enmək üçün də istifadə
edilən cihazdır. Belə halda nasos, havalı yerdəki havanı ya da qazı xaricə atır.
Kompressorların ümumi işləmə prinsipi, xaricdən
aldığı havanı daha yüksək təzyiqlərdə
istifadə edir.
Kompressor alarkən bu faktorlara diqqət edilməlidir.
➤işlətmə təzyiqi
➤hava miqdarı
➤kompressor növü
➤xüsusi güc tükətimi
➤yüksüz güc tükətimi
➤təmiz (yağsız) təzyiqli
hava
Keyfiyyətli kompressor, istifadə müddəti vaxtında ən
az elektrik enerjisi ilə ən verimli havanı əldə edir. Kompressor boşda (yüksüz)
çalışarkən, ən az güc tükətilməlidir.
Kompressor soyutma sistemlərində daha çox istifadə
edilir. Kompressor problemləri əmələ gəldikdə soyutma sistemləri işləmir. Ona görə kompressor problemləri dərhal aradan qaldırılmalıdır.
Kompressorlar, hava təzyiqini artırmaqla istifadə
edilən üsul baxımından dinamik
kompressorlar və müsbət yerdəyişməli
nasoslar və kompressorlar olmaq üzrə 2 əsas qrupda toplanır.
İşləmə formasına görə aşağıdakı kompressor
növləri var.
➤Porşenli kompressorlar
Porşenli
kompressorda verilən həcmdə qaz tutularaq sıxılır və sonra xaric edilir. Bunlar
tsiklik işləyirlər və öz kiçik həcm
tutumu və yüksək təzyiq fərqi ilə fərqlənirlər.
➤Vintli kompressor
Vintli kompressorlar iki vallı olub daxili sıxışdırma ilə işləyirlər. Kiçik ölçüsü, çəkisi,
stabil və sakit axma qabiliyyəti onun üstün cəhətlərindəndir. Bu
kompressorlarda 30 bar-a qədər təzyiq yaranır.
➤Mərkəzdənqaçma kompressorları
➤Axial axımlı kompressor
➤Fırlanan (rotativ) yerdəyişməli kompressor
➤Raket kompressor
➤Hidravlik kompressor
➤Qaz və buxar kompressoru
Qeyd: Tərcümə edilmişdir