Mühəndis kriteriyaları hansılardır?



     2003-cü ildə ABET (The Accreditation Board for Engineering and Technology) tərəfindən tərtib olunan mühəndislik kriteriyaları  aşağıdakı kimi sadalanmışdır:
  •  Riyaziyyat və mühəndislik məlumatlarını tətbiq etmə bacarığı;
  • Təcrübə aparmaq və nəticələri emal etmə bacarığı;
  • İstənilən xüsusiyyətlərə sahib bir sistemin həll metodlarını layihələndirmə bacarığı;
  • Fənlərarası tədqiqat işində işləmə bacarığı;
  • Mühəndislik problemlərini müəyyən etmə, modelləşdirmə, həll yolunu tapma bacarığı;
  • Etik problemlərin mahiyyətinə varmaq;
  • Məhsuldar dialoq qurma bacarığı;
  • Mühəndislik həll yollarının ümumbəşəri və ictimai ölçüdə təsirini qavraya biləcək geniş baxış bucağına malik olmaq;
  • Tələb və ehtiyaclar ilə əlaqəli məlumatlara sahib olma və aparılan dəyişiklikləri izləmə bacarığı;
  • Mühəndislik tətbiqləri üçün lazımlı texnoloji mühəndislik vasitələrini və texnikasını istifadə bacarığı. 
Tərcümə edənlər:  Qadir Qafar, Sahib Valehov 

Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.