Nasos nədir?
Nasos, mayeləri və qazları, bəzəndə suspenziyaları
(bərk-maye qarışığı) mexaniki hərəkət ettirən bir cihazdır və ya nasos, başqa
bir qaynaqdan aldığı mexaniki enerjini çevirərək, sıxıştırılamayan mayelərə
hidravlik enerji olaraq verən bir cihazdır. Nasos tipi, nasosun birlikdə
istifadə ediləcəyi axıcı və nasosun bağlanacağı təsisat olaraq göstərə
biləcəyimiz bu üç parametr əgər düzgün şəkildə incələnməmişsə ehtimalki ya
sistem işləməyəcək ya da səmərəsiz çalışıb ciddi bir enerji istehlakı meydana
gətirəcək.
Nasoslarla əlaqədar təməl anlayışlara diqqətlə nəzər saladıqda bunların başında hidravlik güc, axın və manometrik yüksəklik gəldiyini görərik.
Anlayışlara dönəcək olsaq hidravlik güc mayeyə vahid zamanda verilən enerjidir.
Axın isə vahid zamanda basılan axıcı həcmdir, əksəriyyətlə m3 /
san, m3 / saat və lt / san vahidləri ilə qarşımıza çıxır.
Hm=Hg+p/γ+V2/2g
Hm - manometrik yüksəklik
Hg - potensiyal enerji
p/γ - təzyiq enerjisi
V2/2g - sürət enerjisi
Nəhayət, nasosun
1kq ağırlığındakı mayeyə qazandırdığı enerjiyə manometrik hündürlük deyilir və
metr-maye hündürlüyü kimi ifadə edilir (məs. 50mSS). Manometrik hündürlük
potensial enerjidən, təzyiq enerjisindən və sürət enerjisindən ibarətdir və
aşağıdakı formula ilə ifadə edilir. Nasos tipləri ümumiyyətlə volumetrik və
rotodinamik nasoslara bölünür.
Nasoslar mayeləri daşımaq
üçün istifadə etddikəri üsullara görə 3 əsas qrupa ayrıla bilir - birbaşa lift
(direct lift), yer dəyiştirmə (displacement() və yer çəkimi (gravity pump)
nasosları.
Nasoslar, bəzi mexanizmalarla
(tipik olaraq qrşılıqlı və ya dönər) işləyir və mayeni hərəkət ettirərək
mexaniki işi etmək üçün enerji istifadə edir. Nasoslar əl ilə işləmə,
elektirik, motorlar və ya külək enerjisi də daxil olmalqa bir çox enerji
qaynaqları ilə çalışırlar və bir çox ölçülərdə gəlirlər, tibbi tətbiq
etmələrdən bir çox sənayelərə qədər istifadə edilir.
Mexaniki nasoslar quyulardan
su nəql etmək, akvaryum filtirləmə, hovuz filtrasiyası və havalandırma, su
soyutma və yanacaq mübadiləsi üçün avtomobil sənayesində, enerji sənayesində,
neft və təbii qaz nəql etmək və ya müəssələrdə soyutma üçün istifadə edilir.
İşləmə prinsipinə görə nasosların
porşenli, oxlu rotorlu və s. kimi müxtəlif növləri var.
Qeyd: Tərcümə edilmişdir.