Təbii Qaz Nədir?


Bu yazımda qaz haqqında qısa və ən önəmli məlumatları sizlərlə paylaşacam.

Təbii qazın 70-95% metan qazı (CH4), qalan 5-25% etan, propan, butan və daha ağır karbohirogenlər təşkil edir. Ekoloji cəhətdən ən təmiz və ucuz yanacaq növüdür. Məişət həyatımızda önəmli yer tutur. Bir gün qazın olmaması həm iqtisadi cəhətdən əlverişli deyil- şəhər yerində elektrikdən istifadəni artırır buda heeeç də ucuz başa gəlmir :) , kənd yerlərində çox hallarda ağacların qırılması ilə nəticələnir.
Qazın müsabət cəhətləri ilə birgə mənfi cəhətləri də var. Həmin mənfi cəhətlər isə özümüzün məsuliyyətsizliyimizdən əmələ gəlir, əksər hallarda ya ölüm ya da ağır itkilərlə nəticələnir.

Kimyəvi formulu: Təbii qazın əsas tərkib hissəsi metan CH4 , alkanların( doymuş karbo hidrogenlərin və ya parafinlər) ilk üzvüdür.  CnH2n+2  formulu ilə hesablanır.

Tam yanma: CH4 + 2 O2 → CO2 + 2H2O+55.5 MJ/kg

Təbii qazın  xüsusiyyətləri: Rəngsizdir, iyisizdir, zəhərsizdir, havadan yüngüldür.

Təbii qaz iyisiz olduğu üçün sızıntılar zaman ehtiyyatsız davranışlar nəticəsində partlayışlara səbəb olur. Bəs qazdan istifadə edəndə çürük sarımsaq iyi gəlir o nədir? Təbii qazın iyi olmadığı üçün tərkibinə adarand qatılır. Adarandın kəskin çürük sarımsaq qoxusu var. Bu qoxu bizə sızmalar zamanı köməklik edir ki, sızmanı dərhal hiss edək. Qış fəslində 1000 m.kub. qaza 16 qram adarant qatılır, yayda isə 8 qram. Tənnəffüs zamanı  qısa müddət içində baş gicəllənməsi və tarazlıq itkisi, bir müddət sonra da huşunu itirmə və ölüm ilə nəticələnir. Bunun səbəbi isə zəhərlənmə deyil tənəffüs zamanı oksigenin dayanmasıdır.

Təbii qaz ehtiyyatlarına malik ölkələr: Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, Kanada, Meksika, Əlcəzair, İndoneziyadır.

Hörmətlə.

Blogger tarafından desteklenmektedir.